Türkiyənin səfiri CEO Lunch Baku-nun fəxri qonağı olub

15.05.2018,17:49


Caspian European Club bu gün on dördüncü CEO Lunch Baku təşkil edib.

Fəxri qonaq qismində СЕОLunch Baku-da Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Ozoral iştirak edib.

Səfir Erkan Ozoral vurğulayıb ki, yüksək səviyyədə təşkil olunmuş tədbirin qonağı olmaq onun üçün böyük şərəfdir.

Çıxışı zamanı Səfir bu gün müasir texnologiya və innovasiyaların sürətli inkişafı dövründə özəl sektorun fəal inkişafının və sahibkarların əməkdaşlığının da mühüm yer tutduğunu qeyd edərək, Azərbaycanda Türkiyə arasında ikitərəfli əlaqələr mövzusuna toxunub.

“Əməkdaşlığımız nə qədər sıx olsa, bir o qədər çox bir-birimizə dəstək verəcəyik, Azərbaycan və Türkiyə bir o qədər çox birgə uğurlara nail olacaq. Bu gün çox yüksək nailiyyətlər əldə etsək də, bir-birimizdən daha çox şey öyrənə bilərik”, - deyə Erkan Ozoral deyib.

O qeyd edib ki, bu istiqamətdə atılan addımlar sürətləndirilməli və bundan sonra digər ölkələrdə də əməkdaşlığın inkişafı istiqamətində işlər görülməlidir.

“Diqqətə çatdırmaq istərdim ki, biz artıq İran, Gürcüstan, Türkmənistan və Pakistan ilə birgə güclü əməkdaşlıq mexanizmi qurmuşuq. Növbəti ümumi məqsədimiz Özbəkistanla münasibətləri nizamlamaqdır. Yaxın gələcəkdə yüksək səviyyədə görüşlərin keçirilməsi planlaşdırılır”, - deyə Erkan Ozoral söyləyib.

Təhsil sahəsinə toxunan Səfir qeyd edib ki, Türkiyə təhsil almış azərbaycanlıların sayı bu gün 125 mindən çoxdur. Hazırda Türkiyədə 15 min azərbaycanlı təhsil alır.

“Türkiyə ilə Azərbaycan arasında bizi bir-birimizlə yaxınlaşdıran mədəniyyətimiz və keçmişimiz var, biz eyni dildə danışırıq. Artıq doğulan andan bir-birimizə partnyor kimi baxırıq, indi isə daha yaxın və daha güclü olmalıyıq”, - Səfir Erkan Ozoral çıxışına yekun vurub.

Caspian European Club-un fəxri üzvü sertifikatının Səfir Erkan Ozorala təqdim edərkən Telman Əliyev СЕО Lunch Baku-da fəal iştirakına, həmçinin tədbir zamanı Caspian European Club-un üzvləri tərəfindən səsləndirilmiş təklif və xahişlərə göstərilən diqqətə görə ona minnətdarlığını bildirib. O qeyd edib ki, CEO Lunch Baku çərçivəsində şirkətlər onları maraqlandıran suallara cavab alıb, bu sahədə əməkdaşlığın yollarını müzakirə ediblər.

Telman Əliyev tədbirdə iştirak edən bütün qonaqları iyunun 14-də Naxçıvan Muxtar Respublikasında təşkil olunacaq 6-cı Beynəlxalq “Caspian Energy Forum Nakhchivan – 2018”ə dəvət edib. “Caspian Energy Forum Nakhchivan – 2018” Naxçıvanın 2018-ci il İslam mədəniyyətinin paytaxtı elan edilməsinə həsr olunub. Telman Əliyev qeyd edib ki, forumda Naxçıvan Muxtar Respublikasının iqtisadi blokunu təmsil edən hökumət üzvləri, həmçinin Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən şirkət nümayəndələri və Caspian European Club-un idarə heyətinin üzvləri iştirak edəcəklər.

Telman Əliyev xatırladıb ki, Caspian European Club artıq uzun illərdir ki, Azərbaycan Respublikasının Prezidenti, Caspian European Club-un Sədri Zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqini keçirir. “Məlum olduğu kimi, 2017-ci ilin nəticələrinə görə Azərbaycanın regionlarının investisiya reytinqinin lideri ən yüksək bal toplamış Naxçıvan Muxtar Respublikası seçilib”, - deyə o qeyd edib.

Sıralarında dünyanın 70 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb. 2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club təsis olunub. Onların hər ikisi iki il ərzində Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaqlar. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik qaydada Caspian American Club və Caspian Asian Club-un, Caspian American Club və Caspian Asian Club-a daxil olanlar isə Caspian European Club-un üzvü hesab olunurlar.

Caspian European Club-un sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir

CEO Lunch Baku-da 100-ə yaxın şirkət və təşkilat iştirak edib.

Açar sözlər: Caspian European Club