25.05.2022,10:48
25 may, Fineko/abc.az. Azərbaycanın avtomobil parkı yenilənəcək. Köhnə və istismar müddətini başa vuran avtomobillər utilizasiyaya göndəriləcək. Bunun əvəzində isə vətəndaşların yeni avtomobillər almaları üçün təşviqat işləri aparılacaq.
ABC.AZ xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirinin müşaviri Rasim Səttarzadə ''Xəzər Xəbər''ə müsahibəsində deyib.
O qeyd edib ki, Azərbaycanda köhnə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı bir neçə dövlət qurumu tərəfindən birgə layihə hazırlanıb.
"Hazırda Azərbaycandakı avtomobillərin 80 faizinin istehsal tarixi 10 ildən çoxdur. Bu isə təhlükənin nə qədər ciddi olduğundan xəbər verir. Hazırlanan dövlət proqramının əsas məqsədi ekoloji təmiz nəqliyyat vasitələrindən istifadəni təşviq etməkdir. İstismar müddətini başa vuran, ekoloji təhlükə hesab edilən nəqliyyat vasitəsini utilizasiyaya göndərən avtomobil sahiblərinə pul vəsaiti veriləcək və ya digər güzəştlər tətbiq ediləcək" deyə R.Səttarzadə deyib.
Nazir müşaviri onu da qeyd etdi ki, avtomobil sahibləri maşınını utilizasiyaya göndərməkdə tam sərbəst olacaq. Yəni bu, onların könüllü seçimidir.
Müəllif: Elmir Murad
Yay mövsümü gələndə avtomobil sürücüləri maşınlarının daha çox kondisionerlərini saz vəziyyətinə gətirməyə çalışır. Belə ki, istilər başlayan kimi avtonəqliyyat vasitələrinin kondisioner sisteminin nizama salınması və ya detallarının dəyişdirilməsi ilə bağlı avtoservislərə müraciətlər də artır.
05.07.2022,10:10
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İsrailə səfəri çərçivəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İsrailin Nəqliyyat və Yol Təhlükəsizliyi Nazirliyi arasında hava əlaqələri haqqında saziş imzalanıb.
01.07.2022,11:17
05 İyul 2022 | 17:28
05 İyul 2022 | 17:14
05 İyul 2022 | 16:53
05 İyul 2022 | 16:40
05 İyul 2022 | 16:28
05 İyul 2022 | 16:16
05 İyul 2022 | 16:07
05 İyul 2022 | 16:01
05 İyul 2022 | 15:50
05 İyul 2022 | 15:33
05 İyul 2022 | 15:11
05 İyul 2022 | 14:57
05 İyul 2022 | 14:45
05 İyul 2022 | 14:32
05 İyul 2022 | 14:27
04 İyul 2022 | 11:32
04 İyul 2022 | 11:40
04 İyul 2022 | 14:02
04 İyul 2022 | 10:53
04 İyul 2022 | 10:37
04 İyul 2022 | 10:00
04 İyul 2022 | 10:49
04 İyul 2022 | 10:17
04 İyul 2022 | 09:55
04 İyul 2022 | 10:06