Bakının üç avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq

12:13 - 15.05.2018


15 may, Fineko/abc.az. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi paytaxt yollarında hərəkətin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyə davam edir.

Agentliyin məlumatında deyilir ki,  Balaxanı-Xırdalan, Novxanı-Binəqədi, həmçinin Qaradağ rayonu, Lökbatan-Qobu-Hökməli avtomobil yollarında üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılır.

“Bununla bağlı, sözügedən yollar boyu axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq. Sürücülərdən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər