“Meqa Həyat” son 4 ayda ödəniş etməyib

11:38 - 25.05.2022


25 may, Fineko/abc.az. Ötən 4 ayda sığorta ödənişlərinin faizlə artım dinamikasına görə “Bakı Sığorta” (4,5 dəfə çox) lider olub. “Aqrar Sığorta”nın ödənişləri 100%, “Xalq Həyat”ın ödənişləri isə 79% artıb.

ABC.AZ xəbər verir ki, bu dövrdə ödənişlərin məbləğinə görə, ən böyük artım “PAŞA Sığorta”da qeydə alınıb - 5,2 milyon manat.

“Xalq Sığorta”nın ödənişləri 998 min manat, “A-Qroup Sığorta”nın ödənişləri isə 752 min manat artıb.

Ödənişləri azalan sığorta şirkətləri isə “İpək Yolu Sığorta” (75%), “Azərsığorta” (73,6%), “PAŞA Həyat” (72,7%), “Atəşgah Həyat” (48,3%), “Qala Həyat” (45%), “Azsığorta” (30,5%) və “Atasığorta” (14,1%) olub. “Meqa Həyat” sığorta şirkəti isə bu dövrdə hər hansı bir ödəniş həyata keçirməyib.

Bütün xəbərlər