Azərbaycanla Türkiyə arasında uçuşların sayı üçqat artırıla bilər

15.05.2018,13:15


15 may, Fineko/abc.az. Azərbaycanla Türkiyə arasında uçuşların sayı 3 dəfə artırıla bilər.

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin məlumatında deyilir ki, aprelin 24-də Türkiyədə keçirilən Beynəlxalq Aviasiya Konfransında iki ölkənin nümayəndə heyətləri bu məsələ ilə bağlı təkliflər mübadiləsi apardılar və Protokolun layihəsini tərtib etdilər.

“Hər iki ölkənin aviasiya hakimiyyəti hal-hazırda hava rabitəsinin liberallaşdırılmasının şəraitini öyrənirlər. Yekun qərar və Protokolun imzalanması milli aviaşirkətlərin iştirakı ilə Türkiyə və Azərbaycanın mülki aviasiya orqanları arasında ikitərəfli məsləhətləşmələrin keçirilməsindən sonra yaxın vaxtlarda baş tuta bilər”, - məlumatda belə deyilir.

 

Açar sözlər: uçuş