Azərbaycanda dövlət əmlakının 10 obyekti özəlləşdirilib

15:53 - 15.05.2018


15 may, Fineko/abc.az. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi bu gün dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Dövlət Komitəsinin məlumatında deyilir ki, hərracda  10 obyekt özəlləşdirilib.

“Bu günkü hərracda 3 kiçik dövlət müəssisəsi, 3 qeyri-yaşayış sahəsi və 4 avtomobil özəlləşdirilib”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, mayın 22-də keçiriləcək növbəti hərraca 70 obyekt çıxarılacaq.

 

Bütün xəbərlər