Rusiyada avronun məzənnəsi 58 rubldan aşağı düşdü

14:09 - 25.05.2022


25 may, Fineko/abc.az. Rusiyada avronun məzənnəsi 2015-ci ildən bəri ilk dəfə 58 rubldan aşağı düşüb.

ABC.AZ xəbər verir ki, Moskva birjasında bu gün bir avro 0,42 rubl ucuzlaşaraq 58,13 rubla bərabər olub.

Qeyd edək ki, hazırda Rusiyada bir dolların məzənnəsi 56,09 rubldur.

Onu da vurğulataq ki, Azərbaycanda da rublun məzənnəsində artım qeydə alınıb.

Mərkəzi Bank 2018-ci ildən bəri ilk dəfə Rusiya rublunun məzənəsini 0,03 manatdan yüksək müəyyən edib. Bu günə olan məzənnəyə əsasən, 1 rubl 0,0307 manata bərabərdir.

Bütün xəbərlər