Neftin qiymətini aşağı götürməklə özümüzü sığortalaya bilmişik - Nazir

14:37 - 25.05.2022


25 may, Fineko/abc.az. “Son iki il proqnozlaşdırma baxımından ağır il olub”.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

"Xüsusilə 2021-ci ildə bir sıra proseslər gedib. Tələblə təklif arasında natarazlıq olub. İndiki ərzaq böhranı problemi də ötən ildən başlayıb", - deyə o, qeyd edib.

Bundan başqa, nazir deyib ki, dünya bazarında neftin qiymətini heç kim dəqiq proqnozlaşdıra bilmir:

“Ötən il qiymət bizim nəzərdə tutduğumuzdan yüksək olub. Biz isə büdcədə aşağı qiymət götürməklə özümüzü sığortalaya bilmişik. Bundan sonra da bu siyasət davam etdiriləcək. Koronavirus (COVID-19) pandemiyasına görə, biz 2020-ci ildə bir çox proqnozlarımızı dəyişməli olduq. 2021-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) 3,4% artacağı proqnozlaşdırılırdı, ancaq 5,6% artıb".

 

Bütün xəbərlər