Maliyyə Nazirliyi 30 milyon manat həcmində DOİ yerləşdirib

17:20 - 15.05.2018


15 may, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi bu gün  Bakı Fond Birjası (BFB) vasitəsi ilə dövlət ortamüddətli istiqrazları (DOİ) yerləşdirib.

BFB məlumat verir ki, bu gün 30 milyon manat həcmində, tədavül müddəti 728 gün təşkil edən, AZ0105008699 ISIN nömrəli DOİ buraxılışı yerləşdirilib.

8 investordan 76 006,400 min manat məbləğində 20 sifariş daxil olub. Sifarişlər, bir istiqraza 94,7422 AZN-dən (illik gəlirlik iddiası 9,25%) 100,00 AZN-ə (8%) qədər qiymət intervalında təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti  97,7643 AZN (gəlirlik 9,25%), orta ölçülmüş qiyməti isə 98,8814 AZN (8,6208%) səviyyəsində müəyyən edilmişdir. Nəticədə DOİ 30 milyon manat məbləğində yerləşdirilmişdir.

İstiqrazların ödəmə tarixi: 12 may 2020-ci il.

 

Bütün xəbərlər