Azərbaycanda pensiya yaşını niyə aşağı salmaq olmur? - Səbəb

16:41 - 25.05.2022


25 may, Fineko/abc.az. Azərbaycanda pensiya yaşının azaldılması ilə bağlı vaxtaşırı təkliflər verilir. Təkliflərdə qadınların 60, kişilərin 63 yaşında pensiyaya çıxması tövsiyə edilir.

Amma hökumətin tutduğu mövqe ondan xəbər verir ki, ölkəmizdə pensiya yaşının azaldılması ehtimalı zəifdir. Rəsmilərin açıqlamalarına görə mövcud şərtlər pensiya yaşının azaldılmasına imkan vermir.

Bəs, hansı amillər pensiya yaşının endirilməsinə mane olur?

ABC.AZ Sfera.az-a istinadən xatırladır ki, hazırda kişilər 65, qadınlar 62 yaş 6 ayında yaşa görə pensiyaya çıxa bilirlər. Qadınların pensiyaya çıxma yaşı hər il 6 ay uzadılaraq 2026-cı ilin iyulun 1-dən 65 yaşa çatdırılacaq.

Dünya təcrübəsinə müraciət etdikdə görürük ki, pensiya yaşına təsir edən 2 əsas amil var. Bunlar ölkə əhalisində yaşlı insanların payı və işləyənlərin sayıdır.

Azərbaycan üçün hər iki göstərici gələcəkdə pensiya yaşının azaldılmasını mümkünsüz edir. Belə ki, ölkəmizdə yaşlı əhalinin sayı artmaqla bərabər, işləyənlərin sayının pensiyaçıların sayına olan nisbətində də yetəri qədər yaxşılaşma getmir. Bu səbəblərdən hökumət pensiya yaşını nəinki azalda bilmir, əksinə yaş həddini bir qədər də artırır.

 

Bütün xəbərlər