Azərbaycanla Hindistan arasında birbaşa aviareyslər açıla bilər

17:06 - 25.05.2022


25 may, Fineko/abc.az. Azərbaycanla Hindistan arasında birbaşa aviareyslər təşkil oluna bilər.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə  Hindistanın Azərbaycandakı səfirliyinin birinci katibi Vinay Kumar bildirib.

O qeyd olunan məsələyə dair hazırda müzakirələr aparıldığını vurğulayıb.

“Birbaşa reyslərin təşkili ilə bağlı aviaşirkətlər arasında müzakirələr aparılır. Hazırda iki ölkə arasında birbaşa aviareyslər mövcud deyil”, - deyə Vinay Kumar qeyd edib.

Hindistan tərəfindən Azərbaycan vətəndaşlarına vizaların verilməsi məsələsinə gəldikdə isə səfirliyin rəsmisi bildirib ki, hazırda bu prosedur olduqca asanlaşdırılıb.

“Vizalar 2-3 gün ərzində, hətta əgər təcili məsələ olarsa, müvafiq uyğun sənədlər təqdim edildiyi halda istər biznes, istərsə də turist vizası bir gün ərzində də verilə bilər. Eyni qaydada, Azərbaycan səfirliyi tərəfindən vizaların verilməsilə də problemlər yoxdur. Azərbaycana gəlmək üçün Hindistan vətəndaşları “e-Viza”dan da istifadə edə bilərlər”, - deyə Vinay Kumar qeyd edib.

Bütün xəbərlər