Neft bahalaşır, Brent barrel başına $114,55 təşkil edir

09:31 - 26.05.2022


26 may, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri ötən gün qalxdıqdan sonra, cümə axşamı ticarətində artmaqda davam edir.

London ICE Futures birjasında keçirilən hərraclarda Brent neftinin iyul fyuçersləri saat 09:13-də $0,52 (0,46%) - barrel başına $114,55-ə qədər bahalaşıb. 25 may ticarətinin nəticələrinə görə, Brent neftinin iyul fyuçersləri $0,47 (0,41%) - barrel başına $114,03-ə yüksəldi.

Saat 09:15-də Nyu-York əmtəə birjasının (NYMEX) ticarətində WTI neftinin iyul fyuçersləri $0,61 (0,55%) - barrel başına $110,94 - ə qədər yüksəldi. 25 may ticarətinin nəticələrinə görə, WTI neftinin iyul fyuçersləri $0,56 (0,51%) - barrel  başına $110,33-a yüksəldi.


Bütün xəbərlər