Veteranlarımız Qarabağda inşaat işlərinə cəlb edilməlidir - Musa Quliyev

26.05.2022,10:34


26 may, Fineko/abc.az. "Qarabağda, işğaldan azad olunan ərzilərdə böyük əmək bazarı yaranmaqdadır. Orada böyük inşaat platformaları gedir. Hesab edirəm ki, bizim gənclərimiz, xüsusilə müharibədə qəhrəmanlıq göstərən veteranlarımız bu sahələrə cəlb olunmalıdır".

ABC.AZ xəbər verir ki, bu sözləri "Xəzər Xəbər"ə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev deyib.

Deputat qeyd edib ki, problemin həll olunması üçün uçot və statistika dəqiqləşdirilməli, regionlar üzrə araşdırma aparılmaldır.

"Hansı ixtisaslar üçün daha çox hansı iş yerləri var, onlara üstünlük verilməlidir. Xüsusilə gənclər və qadınların məşğulluğunun təmin olunması ilə əlaqədar bu profilli iş yerləri açılmalıdır" - deyə M.Quliyev bildirib.

Müəllif: Elmir Murad