Bankların nağd xarici valyutanın alqı-satqısı üzrə apardığı əməliyyatların dəyəri azalıb

11:09 - 26.05.2022


26 may, Fineko/abc.az. Bu ilin birinci rübündə bankdaxili valyuta bazarında (BDVB) valyuta əməliyyatlarının məbləği 5,2 milyard ABŞ dolları ekvivalentində olub.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın “Pul siyasəti icmalı”nda bildirilir.

Bunun da 81,2%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil edib, 93,9%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb.

Bankların nağd xarici valyutanın alqı-satqısı üzrə apardığı əməliyyatların dəyəri illik müqayisədə 12,5% azalaraq 1,2 milyard ABŞ dolları ekvivalentində olub. Bunun 89,7%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib.

Pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılması şəraitində ümumi iqtisadi aktivliyin artması ilə nağd xarici valyutanın xalis satışı ötən ilin müvafiq dövrünə nəzərən 66,2% artıb.

Bütün xəbərlər