Dövlət büdcəsinin xərcləri artıb - Mərkəzi Bankdan analiz

11:23 - 26.05.2022


26 may, Fineko/abc.az. 2022-ci ilin I rübündə dövlət büdcəsinin xərcləri 5629.5 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.9% çoxdur.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın "Pul siyasəti icmalı"nda qeyd edilib.

İcmalda bildirilib ki, 2022-ci ilin yanvar-mart aylarında dövlət xərcləri daxili tələbin dəstəklənməsində əhəmiyyətli rol oynayıb.

Cari ilin I rübündə sosial yönümlü xərclər (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) dövlət büdcəsinin faktiki xərclərinin 49.3%-ni təşkil etməklə 2774 milyon manat məbləğində icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 122.4 milyon manat və ya 4.6 % çoxdur.

Əsas kapitala yönəldilmiş investisiyaların 68.7%-i daxili mənbələr, 31.3%-i isə xarici mənbələr hesabına formalaşıb.

Bütün xəbərlər