Azərbaycanda 2018-ci il üçün daxili və xarici borcların hədləri 1,7 milyard manat səviyyəsində müəyyən edilib

13:30 - 20.10.2017


Azərbaycanda 2018-ci il üçün xarici və daxili borc hədləri müəyyən edilib.

Bu gün dərc edilmiş 2018-ci il üçün ölkənin dövlət büdcəsinin layihəsinə əsasən, gələn il üçün daxili borcun hədləri 700 milyon manat səviyyəsində, xarici borcun hədləri isə 1 milyard manat səviyyəsində təyin edilmişdir.

Gələn il üçün dövlət büdcəsinin kəsirinin maksimal səviyyəsi 778 700,0 min manat həcmində təyin edilmişdir ki, bu da özəlləşdirmədən və digər mənbələrdən daxil olmaların hesabına ödəniləcək. 2018-ci il üçün maksimal büdcə  xərcləri 26 674 102,7 min manat təşkil edəcək. İcmal büdcənin kəsiri, Neft Fondunun gəlirləri nəzərə alınmadan, 14 127 300,0 min manat səviyyəsində təyin edilmişdir.

Bütün xəbərlər