Azərbaycanda nizamnamə kapitalı 1 milyon manatdan böyük olan şirkət ləğv edilir

12:10 - 26.05.2022


26 may, Fineko/abc.az. Azərbaycanda daha bir şirkət ləğv edilir.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, “Bakı Yükdaşıma Nəqliyyat” ASC ləğv olunduğunu elan edir.

Kreditorlar iki ay ərzində tələblərini 1108 Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül şossesi, məhəllə 3095A ,23-cü Dağlıq küçəsi ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Bakı Yükdaşıma Nəqliyyat” ASC 2003-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 102 730 manatdır və qanuni təmsilçisi Azər Zülfüqarovdur.

 

Bütün xəbərlər