Azərbaycanda banklar valyuta hərracında tələbi azaldıb

12:39 - 26.05.2022


26 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, mayın 26-da baş tutan valyuta hərracında $24 mln satılıb bu, ötən hərracda olduğundan $5,1 mln (17,53%) azdır.

"Banklar tərəfindən valyuta hərracında tələb $24,0 mln. təşkil edib və tam təmin edilib", - AMB-nin məlumatında deyilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

 

Bütün xəbərlər