Yaxın vaxtda Hadrutda radioteleviziya stansiyası istifadəyə veriləcək

14:18 - 26.05.2022


26 may, Fineko/abc.az. Xocavənd rayonunun Hadrut qəsəbəsində tezliklə radioteleviziya stansiyası istifadəyə veriləcək.

ABC.AZ xəbər verir ki, bunu jurnalistlərə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov bildirib.

O deyib ki, Qarabağda zəruri infrastrukturun tikintisi üzrə işlər plan üzrə davam edir.

Onun sözlərinə görə, İT infrastrukturunun böyük hissəsi artıq qurulub.

Bütün xəbərlər