Varşava-Bakı aviauçuşları başlayır - Həftədə 4 dəfə olacaq

15:55 - 26.05.2022


26 may, Fineko/abc.az. Polşa aviadaşıyıcısı mayın 28-də Varşavadan Heydər Əliyev Beynəlxalq Aeroportuna ilk reysini həyata keçirəcək.

ABC.AZ xəbər verir ki, bunu “AZAL”dan bildiriblər. Qeyd edilib ki, uçuşlar həftədə 4 dəfə yerinə yetiriləcək.

Uçuşları həyata keçirəcək “LOT” aviaşirkətinin rəhbəri Rafal Milçarski Azərbaycan və Polşa arasında reyslərin yerinə yetirilməsinə böyük maraq göstərdiyini qeyd edib.

Onun sözlərinə görə, müntəzəm reyslərin yerinə yetirilməsi hər iki ölkənin qarşılıqlı faydalı maraqlarının inkişafına təkan verəcək.

Bütün xəbərlər