Əhalisi ən çox kredit götürən regionlar - Siyahı

16:25 - 26.05.2022


26 may, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən bankların regionlar üzrə kredit qoyuluşunun həcmi 2021-ci il may ayının 1-nə 17 840 mlrd. manat təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, Bank sektorunda regionlar üzrə verilən kreditlərin həcminə görə ilk pillələrdə Bakı şəhəri, Abşeron-Xızı və Gəncə-Daşkəsən iqtisadi rayonudur.

Paytaxtda bu göstərici 13 890 mlrd manat, Abşeron-Xızıda 678 milyon, Gəncə-Daşkəsən 533 milyon manat təşkil edir. Növbəti yerlərdə Lənkəran-Astara iqtisadi rayon (385 mln manat), Mərkəzi Aran iqtisadi rayon (345 mln manat), Quba-Xaçmaz (300 mln manat), Qazax-Tovuz iqtisadi rayon (296 mln manat), Şəki-Zaqatala iqtisadi rayon (295 mln manat), Qarabağ iqtisadi rayonu (279 mln manat) dayanır.

Müəllif: Elmir Murad

Bütün xəbərlər