Azərbaycanlı milyarderin 100 milyon avroluq mülkü əlindən çıxdı

16:48 - 26.05.2022


26 may, Fineko/abc.az. Sanksiyalar səbəbindən Azərbaycan əsilli milyarder Vahid Ələkbərovun Niderlanddakı mülkü əlindən çıxıb.

ABC.AZ xəbər verir ki, bu barədə "Forbes"in Rusiya bürosu məlumat yayıb.

Qeyd edilib ki, Vahid Ələkbərov gəmilərin təmir və inşa olunması üzrə “Heesen Yachts” müəssisəsinin səhmlərini müstəqil Niderland fonduna verib. Sözügedən müəssisənin hansı şərtlər daxilində fonda verilməsi hələ ki məlum deyil.

Müəssisənin rəsmi saytında yer alan məlumata görə, şirkət mayın 18-dən etibarən yenidən tam olaraq niderlandlılara məxsusdur.

Qeyd olunur ki, V.Ələkbərov “Heesen Yachts”ı 2008-ci ildə 100 milyon avroya əldə edib. “Lukoyl” şirkətinin həmtəsisçisinin özünün də iki yaxtası burada inşa olunub.

Müəllif: Elmir Murad

Bütün xəbərlər