"Gökbey" helikopterlərinin ehtiyat hissələri Azərbaycanda istehsal oluna bilər

17:13 - 26.05.2022


26 may, Fineko/abc.az. Türkiyənin "Gökbey" helikopterlərinin ehtiyat hissələri Azərbaycanda istehsal oluna bilər.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Türk Aerokosmik Sənayesinin (TUSAŞ) Baş direktoru Temel Kotil deyib.

O bildirib ki, bu gün "Texnofest Azərbaycan"da nümayiş etdirilən "Gökbey" helikopterlərinin kütləvi istehsalına artıq başlanılıb:

"Azərbaycana da bu helikopterlərin alınmasını təklif edirik. Tamamilə yerli istehsal olan bu helikopterlərin bəzi hissələri sonradan Azərbaycanda da hazırlana bilər. Sözügedən helikopterin hazırlanmasında təcrübəmizi də bölüşməyə hazırıq" - o qeyd edib.

Bütün xəbərlər