Azərbaycanda siqaretin qiymətləri bahalaşıb - Təfərrüat

17:22 - 26.05.2022


26 may, Fineko/abc.az. Bu gündən Azərbaycanda bəzi siqaretlərin qiymətləri bahalaşıb.

ABC.AZ-ın mağazalarda apardığı monitorinqə əsasən, qiymətlər 10-30 qəpik civarında artıb.

Satış məntəqələrindən bunu firmaların siqaretləri baha gətirməsi ilə əlaqələndirirlər.

Təfərrüatlara varsaq görərik ki, əvvəlki satış qiyməti 2 manatdan yuxarı olan siqaretlər 30 qəpik, 2 manatdan aşağı olanlar isə 10 qəpik bahalaşıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər