Bakıda yol tikintisi üçün 45 milyon manat ayrılıb

11:37 - 16.05.2018


16 may, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən yolun tikintisi üçün vəsait ayrılması barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, 2018-ci il dövlət büdcəsindən avtomobil yollarının tikintisi  üçün 45 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Bütün xəbərlər