İtaliya hökuməti qaz idxalı ilə bağlı Azərbaycana müraciət edib

27.05.2022,10:00


27 may, Fineko/abc.az. İtaliyanın Rusiya qazından asılılığını azaltmaq üçün italiyalı nazirlər Azərbaycana müraciət ediblər.

ABC.AZ xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalının saytı məlumat yayıb.

Məlumatda qeyd edilib ki, İtaliya rəsmiləri bu problemin həlli üçün həmçinin Konqo, Anqola və Qətər kimi bir çox ölkələrlə danışıqlar aparırlar.

Ötən il qaz idxalının təxminən 40 faizini Rusiyadan təmin edən İtaliya Ukraynada münaqişə kəskinləşdikcə enerji təchizatı kompleksini şaxələndirməyə çalışıb.

Əlcəzairdə qaz yataqlarının işlənməsini sürətləndirmək cəhdlərinin əsas səbəbi Rusiyadan uzaqlaşmaqdır: "İtaliyanın enerji nəhəngi “Eni” Əlcəzairin qaz təchizatını artırmaq üçün müqavilə imzalayıb. “Eni” və Əlcəzairin “Sonatrach” dövlət şirkəti, Roma Rusiya karbohidrogenlərindən asılılığını azaltmaq üçün yeni yollar axtararkən Şimali Afrika ölkəsində həm qaz kəşfiyyatını, həm də yaşıl hidrogenin inkişafını artırmaq üçün razılığa gəliblər".