"Union Kredit"in kredit portfeli 33 dəfə azalıb

27.05.2022,10:47


27 may, Fineko/abc.az. "Union Kredit" BOKT ASC 2021-ci ili 115 min 571 manat xalis zərər ilə başa vurub. Halbuki, təşkilat 2020-ci ili 229 min 894 manat xalis zərər ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə "Union Kredit' BOKT-un xalis zərəri 2 dəfə azalıb. Zərərin azalması inzibati və digər əməliyyat xərclərinin azalması ilə əlaqədardır.

ABC.AZ xəbər verir ki, "Union Kredit"in faiz gəlirləri 2020-ci ildə 8 min 561 manat ikən, 2021-ci ildə 6 min 837 manat təşkil edib. Ötən il "Union Kredit"nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 33 dəfə azalaraq 4 min 713 manata düşüb. 2020-ci ilin sonunda təşkilatın kredit portfeli 157 min 282 manat təşkil etmişdi.

Yığılmış 657 min 315 min manat zərər ilə əlaqədar olaraq "Union Kredit" 451 min 800 manat olmuş nizamnamə kapitalını itirib. Ötən ilin sonunda təşkilatın kapitalı mənfi 205 min 516 manat olub.