SOCAR 100 şirkət arasındakı reytinqdə ilk yeri tutub

11:47 - 27.05.2022


27 may, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı olan STAR Neft Emalı Zavodu bu ölkənin Ege Bölgəsi Sənaye Palatasının 2021-ci ildə istehsaldan satışlara görə hazırladığı 100 şirkət arasındakı reytinqdə ilk yeri tutub.

ABC.AZ Report-a istinadən xəbər verir ki,  Türkiyə mətbuatının verdiyi məlumata görə, eyni reytinqdə həmçinin SOCAR-ın Türkiyədəki digər istehsal müəssisəsi olan “Petkim Holdinq” də yer alaraq üçüncü olub.

Belə ki, reytinqdə STAR NEZ daha əvvəlki ildə olduğu kimi ilk sırada yer alarkən, “Petkim” 100 şirkət arasında üçüncü yeri tutub.

“SOCAR Turkey Enerji” şirkətinin Baş direktoru Zaur Qəhrəmanov bildirib ki, 2021-ci ildə neft-kimya məhsullarına tələbatın artması ilə birgə təklif çatışmazlığı da yaşanıb: “Bununla belə, “Petkim” və STAR Neft Emalı Zavodu inteqraəolunmuş strukturları ilə istehsalına davam edib. “SOCAR Türkiyə” qrup şirkətləri bu dövrdə istehsal etdikləri məhsullarının əsasən Türkiyə bazarına təqdim edərək, yerli sənayeçilərə dəstək olmağa davam edib”.

Z.Qəhrəmanov bildirib ki, qrup şirkətlərinin hər ikisi ilə siyahının əvvəlində olmaqdan qürur duyur: “Türkiyədə strateji bölgələrdə fəaliyyət göstərən obyektlərimizlə istehsalda gücümüzü nümayiş etdirməyə və iqtisadiyyata töhfə verməyə davam edəcəyik”.

Bütün xəbərlər