“McDonald’s Azerbaijan” QSC məhkəməyə verildi

12:30 - 27.05.2022


27 may, Fineko/abc.az. İqtisadiyyat Nazirliyinin tərkibindəki Əmlak Məsələləri Dövlət Xidməti  “McDonald’s Azerbaijan” QSC-ni müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirməməkdə təqsirləndirərək şirkətə məhkəmə iddiası qaldırıb. Buraya icarə müqaviləsi üzrə mübahisələr də daxildir.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, məhkəmə prosesi iyun ayında başlayacaq.

 

Bütün xəbərlər