Azərbaycanda fərdi uçot bundan sonra belə aparılacaq

14:23 - 27.05.2022


27 may, Fineko/abc.az. Azərbaycanda fərdi uçot sığortaçı tərəfindən elektron qaydada aparılacaq.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanuna dəyişiklik layihəsinin parlamentin iclasında müzakirə zamanı bildirilib.

Dəyişikliklə qanunun 4-cü maddəsinin 1-ci bəndi yeni redaksiyada verilir. Yeni redaksiyaya əsasən fərdi uçot sığortaçı tərəfindən elektron qaydada aparılacaq. Qanunun hazırkı 4.1-ci bəndi belədir: "Dövlət sosial sığorta sistemində fərdi uçotu məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı aparır".

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Bütün xəbərlər