Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarında artım var - Mikayıl Cabbarov

15:06 - 27.05.2022


27 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarında ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli artım müşahidə edilib.

ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

"Bu dinamika iqtisadiyyatın şaxələndirilməsi, şəffaflaşmanın miqyasının genişləndirilməsi və vergi inzibatçılığının keyfiyyətinin artırılmasının nəticəsidir", - nazir yazıb.

Bütün xəbərlər