Bu qurum indiyə qədər 2 milyard 184 milyon 423 min manat kredit verib

31.05.2022,10:55


31 may, Fineko/abc.az. Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 39  min 197 borcalana 2 milyard 184 milyon 423 min manat kredit verib.

ABC.AZ xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 302 milyon 383 min manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 1600 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Müəllif: Elmir Murad