“Zirvə-A” MTK-nın binasında işləyən gənc yıxılaraq öldü - Cinayət işi açıldı

11:55 - 31.05.2022


31 may, Fineko/abc.az. Mayın 30-da Bakının Nərimanov rayonunda 2001-ci il təvəllüdlü Zülfüqar Qasımzadənin hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nərimanov rayon prokurorluğundan ABC.AZ-a daxil olan məlumata görə, araşdırmalarla müəyyən olunub ki, “Zirvə-A” MTK tərəfindən inşa olunan hündürmərtəbəli binanın tikintisində fasad ustası işləyən Zülfüqar Qasımzadə həmin binanın 5-ci mərtəbəsində işləyərkən ehtiyatsızlıqdan yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə cinayət işi başlanıb. İş üzrə istintaq hərəkətləri davam etdirilir.

Bütün xəbərlər