Azərbaycan və Qətər birgə investisiya fondunun yaradılması üzrə danışıqlar aparır

13:32 - 20.10.2017


Bu gün Bakıda Azərbaycan-ərəb biznes forumu keçirilib.

Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev forum gedişatında deyib ki, Fars körfəzi ölkələri, respublikanın sənaye parklarında ortaq müəssisələr yarada bilər.

“Azərbaycan və Fars körfəzi ölkələri həmçinin müştərək investisiya fondu yarada bilər. Bizim “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti”miz var, analoji formatda da fond yaratmaq olar. Biz artıq belə bir fondun yaradılması üçün Qətərlə danışıqlar aparırıq”, - deyə nazir bildirib.

Bütün xəbərlər