Deputat: Zaqatala Hava Limanının kafesi belə var, amma təyyarəsi yoxdur

15:21 - 31.05.2022


31 may, Fineko/abc.az. Milli Məclisin bu gün keçirilən  iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə edilib.

ABC.AZ xəbər verir ki, müzakirələr zamanı deputat Elşən Musayev əvvəllər hökumətin üzvləri deputatlarla büdcə müzakirələrinə o qədər də açıq deyildilər, artıq vəziyyətin dəyişdiyini deyib.

Deputat Zaqatala Hava Limanında mövcud olan problemə toxunub: “Zaqatala Hava Limanının bağbanı var, kafesi var, hətta bəlkə pilotu da var, amma təyyarəsi yoxdur. Bu problemin həll olunması üçün hökumətə müraciət edirəm”.

Müəllif: Elmir Murad

Bütün xəbərlər