İnam Kərimov: aqrar sahə yeni inkişaf mərhələsinə daxil olur

12:42 - 16.05.2018


16 may, Fineko/abc.az. Bu gün Bakıda 24-cü Azərbaycan Beynəlxalq “Qida Sənayesi” WorldFood Azerbaijan-2018 sərgisi açıldı.

Sərginin açılışında Azərbaycan Kənd Təsərrüfatı Naziri İnam Kərimov bildirib ki, son illərdə ölkədə qeyri-neft sektorunun inkişafına böyük diqqət yetirilir və aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyur.

“Mühüm istiqamətlər yerli məhsulların məhsuldarlığının, rəqabət qabiliyyətinin artırılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi və bütövlükdə aqrar sektorun inkişafıdır. Bu sahədə innovasiyaların tətbiqi, habelə düzgün idarə olunması bizim prioritetlərimizdir”, - nazir belə deyib.

 

Bütün xəbərlər