İlham Əliyev Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin və məktəbin açılışında iştirak etdi

12:44 - 16.05.2018


16 may, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri davam edir.

Səfər zamanı dövlət başçısı Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin açılışında iştirak etdi.

Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov dövlət başçısına kompleks barədə məlumat verdi.

Həmçinin, İlham Əliyev, Naxçıvan şəhərinin Qaraxanbəyli inzibati ərazisində yerləşən 6 saylı məktəbin  açılışında iştirak etdi. Məktəb 480 şagird üçün nəzərdə tutulub.

 


Bütün xəbərlər