Dünyada "ağıllı" saat bazarı 13% böyüyüb

12:13 - 1.06.2022


1 iyun, Fineko/abc.az. 2022-ci ilin 1-ci rübündə dünyada "ağıllı" saat bazarı 13% böyüyüb.

ABC.AZ xarici mətbuata istinadəb xəbər verir ki, "ağıllı saat" bazarında lider yenə də "Apple"dir. Bu il şirkət öz bazar payını ötənilki 35,9%-dən 36,1%-ə qədər çoxaldıb.

Burdan da aydın olur ki,  "Apple saat"ın satışı 14% artıb. "Samsung"un satışlarında isə 46% artım var. Nəticədə bu şirkətin "ağıllı saat"ları bazarında payı ötənilki 7,8%-dən 10,1%-ə yüksəlib.

Bununla da "Samsung" şirkəti "ağıllı saat" bazarında "Huawei"i qabaqlayaraq 3-cü yerdən 2-ci yerə yüksəlib. Huawei"in isə satışları dəyişməyib və nəticədə bazar payı 8,1%-dən 7,2%-ə enib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər