Ramiz Həsənov Azərbaycanın xarici işlər nazirinin müavini təyin edilib

12:59 - 16.05.2018


16 may, Fineko/abc.az. Azərbaycanın xarici işlər nazirinin yeni müavini təyin edildi.

Hökumətdən mənbə Fineko/abc.az-a bildirib ki, Ramiz Həsənov Azərbaycanın xarici işlər nazirinin yeni müavini təyin edilib.

Daha əvvəl Ramiz Həsənov dövlət başçısının əmri ilə ləğv edilmiş Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə rəhbərlik etmişdir.

 

Bütün xəbərlər