Sabiq bələdiyyə sədrinə qarşı cinayət işi başlandı - Detallar

11:28 - 2.06.2022


02 iyun, Fineko/abc.az   2015-2019-cu illərdə Quba rayonu, Tüləkəran bələdiyyəsinin sədri vəzifəsində işləyən Laləzər Heybətovanın qanunsuz əməlləri ilə bağlı rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Quba rayon prokurorluğundan ABC.AZ-a daxil olan məlumata görə, müəyyən edilib ki, Laləzər Heybətova bələdiyyə sədri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən tamah niyyətilə istifadə edərək guya bələdiyyə ərazisində yaşayan şəxslərə maddi yardımın ayrılmasına, yol təmir-bərpa işlərinin görülməsinə görə xidmət haqqının ödənilməsinə dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək bələdiyyənin qanunla qorunan mənafeyinə 16 min 547 manat məbləğində maddi zərər vurub. Sözügedən qanunsuzluqlarla bağlı cinayət işi baxılması üçün aidiyyəti üzrə Quba rayon məhkəməsinə göndərilib.

Bütün xəbərlər