Nazim Səmədov Azərbaycan Respublikası Vergilər Nazirliyi aparatının rəhbəri təyin olunub

15:35 - 16.05.2018


16 may, Fineko/abc.az. Azərbaycanın Vergilər Nazirliyi aparatının yeni rəhbəri təyin olunub.

Fineko/abc.az-a mənbə bildirib ki, Vergilər Nazirliyi aparatının yeni başçısı vəzifəsinə Nazim Səmədov təyin olunub.

Nazim Səmədov əvvəllər dövlət başçısının sərəncamı ilə ləğv edilmiş və Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılmış Mədəniyyət və Turizm nazirinin müavini vəzifəsində çalışmışdır.

 

Bütün xəbərlər