Azərbaycanda şəhərsalma planlaşdırılması məsələləri ilə iki dövlət komitəsi məşğul olacaq

15:59 - 16.05.2018


16 may, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında əməkdaşlıq yaranır.

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına əsasən, sabah qurumlar əməkdaşlıq haqqında memorandum imzalayacaqlar.

“Əməkdaşlığın perspektiv istiqamətlərini müəyyən edəcək memorandum, komitələrin rəhbərləri Kərəm Həsənov və Samir Nuriyev  tərəfindən imzalanacaq”, - məlumatda belə deyilir.

Memorandumun əsas hədəfi daşınmaz əmlakın kadastrı, xüsusi  təyinatlı geodeziya işlərinin aparılması, şəhərsalmanın planlaşdırılması, innovasiyaların tətbiqidir.

 

Bütün xəbərlər