AMB bu gün qısamüddətli notlar yerləşdirdi

16.05.2018,16:54


16 may, Fineko/abc.az. Bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) qısamüddətli notlar yerləşdirib.

Bakı Fond Birjası xəbər verir ki, mayın 16-da AMB hərracda 50101967S ISIN kodlu, 250 milyon manat həcmində, 28 gün müddətinə notlar təklif edib.

15 investordan 626173,4 min manat məbləğində 25 sifariş daxil olmuşdu. İnvestorlar notlar üçün 99,3812 manat (gəlirlik 8,01%) təklif etmişlər.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99,3812 AZN (gəlirlik 8,01%), orta ölçülmüş qiymət də eyni səviyyədə müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 milyon AZN təşkil etmişdir.

Notların ödəmə tarixi: 13 iyun 2018-ci il.

 

Açar sözlər: qısamüddətli notlar