Bu şəxslərə pulsuz dərman verilir - Təfərrüat

12:14 - 6.06.2022


6 iyun, Fineko/abc.az. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliy tərəfindən yaradılmış müvafiq komissiyanın fəaliyyəti çərçivəsində cari ilin aprel-may ayları ərzində 40 nəfər hepatit B və C xəstəsi müalicəyə cəlb olunub və ödənişsiz dərman preparatları ilə təmin edilib.

Agentlikdən ABC.AZ-a verilən xəbərə görə, təchiz edilən dərman preparatları “B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya”nın qərarına əsasən və müasir kliniki protokollara uyğun olaraq təyin olunur.

Qeyd edək ki, hepatit B virusunun müalicəsi üçün pasiyentlərə “Tenofovir”, hepatit C virusuna qarşı üçün isə “Sofosbuvir” və “Daklatasvir” dərman preparatları verilir.

 

Bütün xəbərlər