7 saylı “ASAN xidmət” mərkəzində təhsil xidmətləri təqdim olunacaq

06.06.2022,16:15


6 iyun, Fineko/abc.az. İyunun 1-dən yeni yaradılan 7 saylı “ASAN xidmət” mərkəzində də təhsil xidmətləri təqdim olunmağa başlanılıb.

Təhsil Nazirliyindən ABC.AZ-a bildirilib ki, İlkin mərhələdə vətəndaşlar mərkəzdə 5 təhsil xidmətindən yararlana biləcəklər.

Növbəti mərhələlərdə xidmətlərin sayının artırılması nəzərdə tutulur. Sözügedən təhsil xidmətlərinin hər biri Təhsil Nazirliyi tərəfindən elektron qaydada da həyata keçirilir. Bununla yanaşı, elektron qeydiyyat prosesində hər hansı çətinlik çəkən və ya məlumatsız vətəndaşlar bundan sonra 5 və 7 saylı “ASAN xidmət” mərkəzlərinə də yaxınlaşaraq konsultativ dəstək ala bilərlər.