Novxanıda yerləşən “Ləman” istirahət mərkəzində insident yaşanıb

10:24 - 7.06.2022


7 iyun, Fineko/abc.az. Novxanı qəsəbəsində dəniz sahilində yerləşən “Ləman” istirahət mərkəzində insident yaşanıb.

ABC.AZ xəbər verir ki, bu barədə yerli mətbuatda qeyd edilib.

Belə ki, hadisə ötən gecə saat 01 radələrində baş verib. İstirahət mərkəzində baş vermiş dava-dalaş zamanı bıçaqlanan 1990-cı il təvəllüdlü Namid Əliyev və 1992-ci ildə anadan olmuş Həmid Abulov xəstəxanaya çatdırılıblar.

İlkin araşdırmalar zamanı hadisənin orada istirahətə gələn şəxslərdən birinin yanındakı xanıma görə yaranmış qısqanclıq səbəbindən baş verməsi məlum olub. Dava-dalaşda iştirak edən və 2 nəfəri bıçaqlayan Sədulla Sərdari və Ramiz Yarəliyev tutulub. Onların barəsində cinayət işi açılıb.

Hazırda faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər