Dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına imkan yaranıb - Deputat

10:42 - 7.06.2022


7 iyun, Fineko/abc.az. "Büdcə imkanlarının artması sosial istiqamətə daha çox vəsaitin ayrılmasına imkan yaradır”.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat Nazirlər Kabinetinin Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 2022-ci ilin dövlət büdcəsinə əlavələr edilməsi ilə bağlı keçirdiyi İqtisadi Şuranın növbəti iclasında bu ilin büdcəsinə düzəlişlər hazırlanması üçün sahəvi qurumlara tapşırıqlar verildiyini vurğulayıb:

"Həmin qurumların təklifləri alındıqdan sonra layihə baxılması üçün cənab Prezidentə təqdim olunacaq. "Büdcə Sistemi” haqqında Qanuna uyğun olaraq daha sonra layihə Milli Məclisin müzakirəsinə çıxarılacaq. Son günlər daha çox verilən suallar dəyişikliklər ilə hansı istiqamətlərə vəsaitlərin ayrılması və eləcə də əmək haqqlarına necə təsir edəcəyi ilə bağlıdır. 2022-ci ilin dövlət büdcəsində 1 barel neftin qiyməti 50 dollar nəzərdə tutulsa da, bu ilin ötən aylarında orta qiymət hər barel üçün 100 dollardan çox olub. Bu isə həm neft, həm də qeyri-neft sektorundan dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına imkan yaradıb”.

 

Bütün xəbərlər