"BirKart"da nağdlaşma və köçürmələr komissiyasız oldu!

12:54 - 7.06.2022


7 iyun, Fineko abc.az. "BirKart"ın bəzi şərtlərinə dəyişikliklər tətbiq edildi. "BirKart" debet kartlarında nağdlaşdırma və köçürmə komissiyası 0%-ə endirildi, taksit kartları üzrə güzəşt müddəti isə 40 gündən 60 günə qədər artırıldı. Hazırda ölkə üzrə taksit kart payının 60%-i "BirKart"ın üzərinə düşür və yeni şərtlər kartı müştərilər üçün daha sərfəli edəcək.

Artıq "BirKart" debet kartı sahibləri Azərbaycanda sayı 1 000-dən çox olan "Kapital Bank" ASC-nin bankomatlarında vəsaiti komissiyasız nağdlaşdıra bilərlər. Üstəlik həmin kartların istifadəçiləri ölkədaxili istənilən bank kartına köçürmə zamanı komissiya haqqı ödəməyəcəklər. Hər iki yenilik ay ərzində həyata keçirilən 4 000 manata qədər olan əməliyyatlara şamil edilir.

Daha bir yenilik isə "BirKart" taksit kartı sahibləri üçün nəzərdə tutulub. Belə ki, "BirKart" taksit kartlarından istifadə edənlər indi 40 günə qədər deyil, 60 günə qədər güzəşt müddətindən faydalana biləcəklər.

"BirKart"ın 4 növü var: "Taksit", "Cashback", "Miles" və "Umico". Kart bir sıra üstünlüklərə malikdir: 18 aya qədər faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 60 günə qədər güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi, loyallıq sistemləri və pulsuz SMS məlumatlandırma xidməti. "BirKart"ın ölkə üzrə 10 000-dən artıq partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

"BirKart" haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud kartın "Facebook" səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. "BirKart" sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və yaxud (050) 999 81 96 nömrəsinə "WhatsApp" vasitəsilə, həmçinin "BirKart" mərkəzlərinə müraciət etmək olar.

Bütün xəbərlər