Qeyri-faiz gəlirləri 10 milyon manatdan çox olan Banklar - Siyahı

15:54 - 7.06.2022


7 iyun, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 6-nın bu ilin I rübündəki qeyri-faiz gəlirləri 10 milyon manatdan çox olub.

ABC.AZ Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Kapital Bank” (87,744 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (30,617 milyon manat), “PAŞA Bank” (26,309 milyon manat), “Muğan Bank” (11,052 milyon manat), “Unibank” (10,622 milyon manat) və “Rabitəbank” (10,073 milyon manat) ASC-lərdir. Qalan 20 bankdan 17-də qeyri-faiz gəlirləri 1-10 milyon manat arasında, 3 bankda isə 1 milyon manatdan azdır.

 

Bütün xəbərlər