İşçi və baş direktor maaşları arasındakı fərq daha da artıb

17:13 - 7.06.2022


7 iyun, Fineko/abc.az. Siyasət Tədqiqatları İnstitutunun (IPS) dərc etdiyi araşdırmaya görə, ABŞ-ın ən aşağı maaş verən və açıq səhmdar cəmiyyət olan 300 şirkətdə işçilər və baş direktorların maaşları arasında fərq 2021-ci ildə daha da genişlənib.

ABC.AZ tədqiqata istinadən xəbər verir ki, maaş fərqi bir il ərzində orta hesabla 604 dəfədən 670 dəfəyə yüksəlib, fərq isə 49 şirkətdə 1000 dəfədən çox olub.

Sorğuda iştirak edən şirkətlərdə Baş direktorun orta maaşı ildə 2,5 milyon dollar artaraq 10,6 milyon dollara, işçilərin orta əmək haqqısı isə ildə cəmi 3556 dollar artaraq 23 min 968 dollara yüksəlib. Şirkətlərin maaş artımlarının inflyasiyadan aşağı olması və aşağı maaşlar son zamanlar işçiləri daha yaxşı maaş, daha yaxşı iş şəraiti və ya iş-həyat balansı axtarışında yeni davranışlara sövq edib.

“Böyük istefa” kimi tanınan dalğada son bir il ərzində çoxlu sayda işçi şirkətlərini tərk etməyə başlayıb.

Bütün xəbərlər